Tehran - İRNA - Sionist ordu işğal altındakı Fələstinin şimalına Hizbullahın raket hücumlarında yüksək rütbəli zabitinin öldüyünü açıqlayıb.

İşğalçı rejim ordusu Livanın cənubundan “İsrail”in şimalına doğru atılan raketlərin partlaması nəticəsində şimal cəbhəsindəki döyüşlərdə bir bölük komandirinin müavininin həlak olduğunu etiraf edib.
İşğalçı rejim ordusunun sözçüsü deyib: Bu yüksək rütbəli zabit İsrail ordusunun 8679-cu bölməsində bir bölük komandirinin müavini idi.