Nyu-York polisi Fələstin tərəfdarlarının İsrail əleyhinə nümayişi zamanı 37 etirazçının həbs edildiyini açıqlayıb. Polis Manhetten bölgəsində 32-dən çox etirazçının Amerika bayrağını yandırdıqlarına görə həbs edildiyini açıqlayıb.
NYPD daha sonra elan etdi ki, bu şəxslər Fələstin tərəfdarı “Həyatımız daxilində” (Within Our Lifetime) qrup tərəfindən keçirilən “4 iyul Qəzza üçün insan seli” etiraz aksiyası zamanı həbs ediliblər. Bu nümayiş Amerikanın Müstəqillik Gününün (4 iyul) qeyd olunması ilə eyni vaxtda keçirilib.