İran İslam Respublikasının 9-cu Prezidenti Məsud Pezeşkiyan 1333-cü il mehr ayının 7-də (m.1954-cü il sentyabrın 29-da) Qərbi Azərbaycan vilayətinin Mahabad şəhərində anadan olub.

Pezeşkiyan Seyid Məhəmməd Xatəmi hökumətinin ikinci dövründə Səhiyyə naziri olub və 8-ci, 9-cu, 10-cu, 11-ci və 12-ci çağırış dövrlərdə İslami Şura Məclisində Təbriz təmsilçisi kimi davamlı olaraq iştirak etmişdir. O, həmçinin 10-cu çağırış dövründə İslam Şura Məclisi sədrinin birinci müavini olmuşdur.