Tehran - İRNA - Cihad və Kənd Təsərrüfatı nazirinin su və torpaq məsələləri üzrə müavini İranın FAO Təşkilatının Qlobal Tərəfdaşlıq Proqramının Torpaq Tərəfdaşlığı Layihəsinə üzv olduğunu və əməkdaşlığın başladığını bildirib.

Səfdər Niyazi Şəhrəki İranın Torpaq Tərəfdaşlığı Layihəsinə üzvlüyü ilə bağlı deyib: “İxtisaslaşmış və beynəlxalq əməkdaşlığın inkişafı siyasətinə uyğun olaraq, İran İslam Respublikası FAO təşkilatının Qlobal Torpaq Tərəfdaşlığı proqramı ilə, həmçinin, izləmələrə və görülən tədbirlərə əsasən, 2 iyul 2024-cü ildə GSP Katibliyi İranın Torpaq Tərəfdaşlığı Layihəsinə üzvlüyünü və əməkdaşlığını rəsmən elan etdi.”

“FAO-nun Qlobal Tərəfdaşlıq Layihəsi torpağın müxtəlif və ixtisaslaşmış sahələrində müxtəlif icra proqramlarını həyata keçirmişdir və bu qurumla hökumətin təmas nöqtəsi kimi su və torpaq müavinliyi arasında əməkdaşlıq 2017-cı ildən başlayıb” - deyə, Səfdər Niyazi əlavə edib.