Tehran - İRNA - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla yeni seçilmiş Prezident Məsud Pezeşkiyan arasında telefon danışığı olub.

Türkiyə Prezidenti telefon danışığında İran-Türkiyə əlaqələrinin uzun tarixə malik olduğunu bildirərək deyib: “İnanıram ki, yeni dövrdə bu əlaqələr hər sahədə inkişaf edəcək.”

Bu söhbətdə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər müzakirə edilib.