Tehran - İRNA - İslami Müqavimət Hərəkatının Siyasi Ofisinin rəhbəri İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkiyana məktubunda onu prezident seçkilərinin uğurla keçirilməsi və yeni Prezident seçilməsi münasibətilə təbrik edib.

İRNA-nın Fələstin mediasına istinadən verdiyi məlumata görə, İsmayıl Həniyyə bu məktubda bildirib: “HƏMAS hərəkatı və bütün Fələstin xalqı adından İranda seçkilərin uğurla keçirilməsi və xalqın Zati-alinizə etimadı və prezident seçilməyiniz münasibətilə sizi səmimi qəlbdən təbrik edirik, İran xalqına xidmət etmək yolunda sizə uğurlar arzulayırıq.”

Həniyyə əlavə edib: “Bu təbrik məktubunu Fələstin xalqı və onun müqaviməti özünün ən qürurverici tarixi döyüşlərindən birini apardığı bir vaxta göndəririk.”