Sionist rejimin “Kan” telekanalının siyasi məsələlər üzrə müxbiri Mixal Şimeş deyib: Baş nazir Benyamin Netanyahu siyasi tərəfdaşları ilə İtamar Ben-Qvir haqqında söhbətində deyib ki, mən uşaq bağçasının müdiri deyiləm və (Ben-Qvir) belə davranmamalıdır. Telefonuma cavab vermir, iclaslarda iştirak etmir.
Digər tərəfdən, sionist rejimin “Şas” haredi partiyasının rəhbəri Arieh Darei də Ben-Qvirə qarşı qəzəblidir və bu partiyanın üzvləri öz vəzifəsini yerinə yetirə bilməyən bu kabinetin davam etdirilməsinin faydasız olduğunu deyirlər.