Tehran - İRNA - "Beşik dolandırmaq" Ərdəbildə bir növ əzadarlıq mərasimidir. Bu mərasimin iştirakçıları Həzrət Ruqiyyənin (ə) dilindən İmam Hüseynin (ə) südəmər körpəsi üçün simvolik olaraq layla oxuyurlar.

Ərdəbilin azəri dilli əhalisinin ənənəvi ayinlərindən olan “Beşik dolandırmaq” mərasimi İranın milli televiziyasında Ərdəbildən olan azəri uşaqlarının ifası ilə "Huseyniyyeyi Muəlla" verilişində nümayiş etdirildi.