Livan Hizbullahı bu gün Suriyanın işğal olunmuş Qolan bölgəsində sionist rejim ordusunun kəşfiyyat və hərbi bazalar, eləcə də qərargahları üzərində “Hüdhüd” pilotsuz təyyarəsi ilə kəşfiyyat əməliyyatının daha bir hissəsini yayıb.
İyunun ortalarında media mənbələri Livan Hizbullahının pilotsuz təyyarəsinin işğal altındakı Fələstinin şimalına girməsi və onun Hayfa limanındakı həssas mövqelərini uğurla lentə alması barədə məlumat yaymışdı.
Livan Hizbullahının yaydığı videoda həmçinin onun pilotsuz təyyarələrindən birinin işğal olunmuş Fələstinin şimal hissəsinə daxil olduğu və həssas mövqeləri lentə aldığı göstərilib.
Bu xəbərə əsasən, əhəmiyyətli mövqeləri müvəffəqiyyətlə lentə aldıqdan sonra bu dron Livana qayıdıb və görüntüləri müqavimət qüvvələrinə çatdırıb.
Publish Date: 9 iyul 2024 - 20:22
Tehran - İRNA - Livan Hizbullah Hərəkatı bu gün (çərşənbə axşamı) Hüdhüd pilotsuz təyyarəsinin işğal olunmuş ərazilər üzərində yenidən uçuş həyata keçirməsi ilə bağlı xəbər yayıb.