Tehran - İRNA - Sionist rejim Qəzzə zolağının cənubunda bir məktəbə hücum edərək daha bir cinayət törədib. Verilən xəbərlərə əsasən, bu hücum hadisəsində şəhid olanların sayı indiyədək 25 nəfərə çatıb.

Səhiyyə mənbələri bildirib ki, Xan Yunisin şərqində Absan qəsəbəsindəki Əl-Avda məktəbləri hədəfə alınmış bu hücum nəticəsində indiyədək 25 fələstinli şəhid olub, onlarla insan yaralanıb. 

Səhiyyə mənbələri bu vəhşi bombardmanın insan tələfatının ilkin təxminində bu məktəbin bombalanması nəticəsində 20 fələstinlinin şəhid olduğunu açıqlamışdı.