Şri-Lanka prezidenti Pezeşkiyanla danışıb 9 iyul 2024-cü il çərşənbə axşamı günortadan sonra Şri-Lanka prezidenti Ranil Vikramasinqhe seçilmiş prezident Pezeşkiyanı prezident seçkilərində qələbəsi və İran xalqının etimadını qazanması münasibətilə təbrik etdi.
Şri-Lanka prezidenti mərhum prezident Ayətullah Seyid İbrahim Rəisinin və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın xatirəsini ehtiramla yad edərək deyib: Rəisinin həyatını itirməsi Şri-Lanka hökuməti və xalqı üçün çox kədərli hadisə idi və təəssüf doğurdu. Ümid edirik ki, Zati-aliləri ilə birlikdə mərhum prezidentin hökumətinin müəyyən etdiyi məqsədlərə nail ola biləcəyik.
Bu telefon danışığında Pezeşkiyan da Şri-Lanka prezidentinin zənginə və təbrik mesajına, həmçinin İran İslam Respublikası prezidenti və xarici işlər nazirinin şəhadətindən sonra bu ölkə hökuməti və xalqının həmrəyliyinə və dərdimizə şərik olmasına görə təşəkkürünü bildirib və deyib: İran və Şri-Lanka ikitərəfli əməkdaşlıqda, o cümlədən nəhəng çoxməqsədli layihə olan Umaya bəndinin və elektrik stansiyasının tikintisində texniki-mühəndislik xidmətlərinin mübadiləsində çox uğurlu və dəyərli təcrübəyə malikdir. Ümid edirik ki, yeni hökumətdə bu əməkdaşlıqları gücləndirmək üçün addımlar ata biləcəyik.