Tehran - İRNA - Ermənistanın baş naziri və Azərbaycan Respublikasının prezidenti İranın seçilmiş prezidenti ilə telefonda danışıblar.

Ermənistanın baş nazirinin mətbuat katibi Nazəli Bağdasaryanın sözlərinə görə, Nikol Paşinyan Məsud Pezeşkianı prezident seçkilərindəki qələbəsi münasibətilə təbrik edərək, ona səmərəli və uğurlu fəaliyyət arzulayıb.

Bu erməni mediasının məlumatına görə, tərəflər iki hökumətin əvvəlki razılaşmalarına sadiq olduqlarını vurğulayaraq, bir-biri ilə ən qısa zamanda görüşmək və hərtərəfli əməkdaşlığı müzakirə etmək barədə razılığa gəliblər.

Azərtac dövlət xəbər agentliyi də bildirib ki, İlham Əliyev Pezeşkianı İran İslam Respublikasının prezidenti seçilməsi münasibətilə təbrik edib və telefon danışığında ona fəaliyyətində uğurlar arzulayıb.

Azərtac xəbər verir ki, İ. Əliyevin təbrikini yüksək qiymətləndirən Pezeşkian iki ölkə arasında əlaqələrin bütün sahələrdə inkişafı üçün səylərini əsirgəməyəcəklərini bildiriblər.

Bu söhbətdə tərəflər Tehran və Bakı arasında ümumi dini-mədəni köklərə və dostluq və qardaşlığa əsaslanan əlaqələrin bundan sonra da genişlənəcəyinə və iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdiriləcəyinə əminlik ifadə ediblər.

Pezeşkian və Əliyev iki ölkə arasında əldə olunan razılaşmaların həyata keçirilməsinin vacibliyini də vurğulayıblar.

Bu dövlət mediasının məlumatına görə, Əliyev Pezeşkianı Azərbaycan Respublikasına səfərə dəvət edib və İranın seçilmiş prezidenti bu dəvəti qəbul edib. Pezeşkian həmçinin Azərbaycan Respublikasının Prezidentini İran İslam Respublikasına rəsmi səfərə dəvət edib və Əliyev də bu dəvəti qəbul edib.