SEPAH-ın Baş komandanı Hüseyn Səlami çərşənbə günü (10 iyul) Ramazan Qərargahı şəhidlərinin xatirəsinə həsr edilmiş “40 il Mübarizə” adlı anım mərasimində deyib: “Ramazan Qərargahı vasitəsilə İran və İraq xalqları arasında ortaq müqavimət nümunəsinin ilkin nüvəsi iki torpaqda, lakin bir məqsəd üçün formalaşdı.”
Müsəlmanların təhlükədə olduğu yerin cihad sərhədi olduğunu bəyan edən komandir əlavə edib: “Biz ora giririk. Çünki bizim meydandakı fəaliyyətimiz əqidə coğrafiyasına və ərazi coğrafiyasına əsaslanır.”
“Doğru Vəd” əməliyyatına işarə edən general-mayor Səlami deyib: “Bu əməliyyat göstərdi ki, vəziyyət tələb edərsə, özümüz hərəkətə keçirik və qılınc çəkirik. Belə deyil ki, biz oturaq və başqaları müqavimət cəbhəsində fəaliyyət göstərsin. Xeyr, biz onları dəstəkləyirik və lazım olduqda, özümüz qılınc çəkirik. Çünki müsəlmanların izzəti hər şeydən vacibdir.”