İslami Şura Məclisinin sədri BRİKS sammitində iştirak etmək üçün Rusiyaya səfər öncəsi İran İslam Respublikasının BRİKS ölkələri ilə əlaqələrini inkişaf etdirməsi üçün çox yaxşı fürsət olduğuna işarə edərək deyib: “Bu iclasda məqsədlərimizdən biri də bir çox razılaşmaları izləməyə və onları reallaşdırmağa çalışmaqdır.”

İslami Şura Məclisinin sədri Məhəmməd Baqir Qalibaf BRİKS iclasında iştirak etmək üçün Rusiyaya səfər etməzdən əvvəl deyib: “Keçən il İran digər üç ölkə ilə birlikdə BRİKS-ə üzv oldu. Bununla da əksəriyyəti inkişaf etməkdə olan dövlətlər olmaqla ümumilikdə 9 ölkə BRİKS-in rəsmi üzvü oldu. Ona görə də bu, bizim BRİKS Forumunda ilk rəsmi iştirakımızdır.”

“Rusiya təşəbbüs göstərib. Eyni vaxtda bu görüşdən sonra Qazaxıstan, Qırğızıstan, Tacikistan, Azərbaycan, Ermənistan, Belarus və Tanzaniya kimi ölkələr ilə daha bir görüş keçiriləcək. Əslində, iki iclas keçiriləcək” - deyə Qalibaf əlavə edib.