Dəmirçilu “Mizan” xəbər agentliyinə müsahibəsində deyib ki, bu ölkənin səfiri də Tehranda fəaliyyətə başlayacaq.
Məlumatlı bir mənbə də “Fars” müxbiri ilə söhbətində bu xəbəri təsdiqləyib və bu prosesin tezliklə həyata keçiriləcəyini bildirib.
Dəmirçilu həmçinin qeyd edib ki, biz 14-cü hökumətin Cənubi Qafqaz regionuna xüsusi diqqət yetirməsini və əlaqələrin inkişafı üçün aydın perspektiv nəzərdə tutacağını gözləyirik.
Publish Date: 11 iyul 2024 - 18:20
Tehran - İRNA - Xarici İşlər Nazirliyinin Avrasiya məsələləri üzrə baş direktoru və nazir köməkçisi Müctəba Dəmirçilu bildirib: “Azərbaycan Respublikasının səfirliyinin yenidən açılmasının yaxın 15-20 gün ərzində baş tutacağını gözləyirik.”