BRİKS iclasında iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərinə səfər edən İslami Şura Məclisinin sədri Məhəmməd Baqir Qalibaf bu gün (11 iyul) cümə axşamı iclas çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşüb və müzakirə aparıb.
Təkqütblülük ilə mübarizə və iki ölkə arasında münasibətləri gücləndirmək iki tərəfin müzakirə etdiyi ən mühüm mövzulardan olub.
İslami Şura Məclisinin sədri bir saat əvvəl Rusiya Milli Dumasının sədri Vyaçeslav Valodinlə görüşüb və müzakirə aparıb.
Rusiya Prezidenti Qalibaf ilə görüşündə:
İran BRİKS-in rəsmi üzvü olub və biz buna çox şadıq. Biz İranın BRİKS-ə üzvlüyünü dəstəklədik.
Yaxın vaxtlarda İranın yeni seçilmiş Prezidentinin andiçmə mərasimi keçiriləcək. Mərasimdə, Rusiya nümayəndə heyətinə başçılıq edən həmkarınız cənab Valodin iştirak edəcək.
Mən sizi gördüyüm üçün çox şadam və İranın Ali Rəhbərinə və bütün İran xalqına mənim ən xoş arzularımı çatdırmağınızı xahiş edirəm.
Publish Date: 11 iyul 2024 - 18:44
Tehran - İRNA - İslami Şura Məclisinin sədri BRİKS sammiti çərçivəsində Rusiya Prezidenti ilə görüşüb.