Tehran - İRNA - Fələstin mənbələri sionist rejimin hərəkətlərinə görə Qəzza şəhərindəki vəziyyətlə bağlı həyəcan təbili çalıb və bu şəhərdə su və ərzaq ehtiyatlarının çatışmazlığından xəbər veriblər.

Qəzzanın meri Yəhya Əs-Sirac deyib: İşğalçılar Qəzzə şəhərini yaşama yararsız etmək üçün qəsdən Qəzzanın həyati infrastrukturunu hədəfə alırlar.

O əlavə edib: İşğalçılar 9 aydır Təl Əl-Həvanı hədəfə alırlar. Sənaye zonası yaşayış binalarında yaşayan köçkünlərlə doludur.

Qəzzanın meri vurğulayıb: İşğalçılar su mənbələrini, ağacları, məscidləri, məktəbləri və bütün infrastrukturu hədəfə alırlar.

O, bildirib: Əş-Şücaiyyədə infrastrukturun və yaşayış evlərinin 35%-i tamamilə dağılıb.

Qəzza meri vurğulayıb: İnfrastrukturun tamamilə məhv olması səbəbindən qaçqınların məskunlaşdığı ərazilərə su ötürə bilmirik.

O, əlavə etdi: Bizə yanacaq və ağır texnika lazımdır və elektrik də olmalıdır.

Qəzzanın meri vurğuladı: Qəzza şəhərində bütövlükdə təxminən 100 min ton zibil yığılıb və yoluxucu xəstəliklər tüğyan edir.