Tehran - İRNA - HƏMAS sionist rejimin Qəzzə şəhərinin cənub-qərbindəki Təl əl-Həva məhəlləsində törətdiyi və bu rejim ordusunun oradan çıxarılmasından sonra ifşa olunan cinayətləri “müharibə cinayəti”, “soyqırım” və “etnik təmizləmə” kimi qiymətləndirib.

Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) bəyanat yayaraq vurğulayıb: “İşğalçı rejim ordusunun Təl əl-Həvadan geri çəkilməzdən əvvəl yaşayış binalarını yandırması, Fələstin mülki müdafiə qüvvələrinin yanan binalara çatmasına mane olması, işğalçıların bombardmanları nəticəsində şəhid olan bütün ailə üzvlərinin meyitlərinin tapılması sionist rejim ordusunun vəhşi və faciəli cinayətlər törətdiyini göstərir. Belə ki, bu cinayətlər insanlığın alnında rüsvayçılıq təri oturdur.”

HƏMAS-ın bəyanatında bildirilir: “Qoca fələstinlilərin öz evlərində edam edilməsinin şok səhnələri, o cümlədən Əl-Ğəlayini ailəsindən olan üç qoca qadın və bir neçə uşağın edam edilməsi, uşaqlar da daxil olmaqla, digər mülki şəxslərin qətl edilməsi bütün bəşəri ayaq altda qoyan bir cinayətlərdir. Bunlar faşist ordusunun və sionist rejimin cinayətkar başçılarının və uşaq, qadın və qoca qatillərinin qorxaq və alçaq davranışlarını göstərir.”