Rusiyanın Sankt-Peterburq şəhərində İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafın və BRİKS-ə üzv ölkələrin digər parlament rəhbərlərinin iştirakı ilə keçirilən bu toplantının yekun bəyanatında deyilir: Biz BMT Nizamnaməsinin prinsiplərinə zidd olan və xüsusilə inkişaf etməkdə olan ölkələrdə iqtisadi artıma, ticarətə, enerjiyə, səhiyyəyə və ərzaq təhlükəsizliyinə mənfi təsir göstərən birtərəfli məcburi tədbirlərin tətbiqindən narahatıq.
İclasın yekun bəyanatında BRİKS-in yüksək səviyyəli parlament rəsmiləri də Ümumdünya Ticarət Təşkilatının mərkəzi roluna əsaslanan çoxtərəfli, şəffaf, insaflı, inklüziv, ədalətli, ayrı-seçkiliyə yol verməyən və qaydalara əsaslanan ticarət mexanizmini və təşkilatın əsas prinsipi kimi inkişaf etməkdə olan və az inkişaf etmiş ölkələrə xüsusi diqqət yetirilməsini dəstəklədiklərini bildiriblər.