Təbriz şəhərinin Şaxsey əzadarlıq dəstələri Azərbaycanın Məhərrəmlik əzadarlığının ənənəvi mərasimlərindən biri hesab olunur.

Məhərrəm ayının başlanmasına bir neçə gün qalmış matəm bayraqlarının qaldırılması, dəstələrin yerləşdiyi yer və əzadarlığın keçirildiyi yerin qara parçalarla örtülməsi ilə məhəllələrdə Şaxsey (Şah Hüseyn) mərasimi başlayır və Aşura günü günorta saatlarına qədər davam edir.