Tehran - İRNA - HƏMAS hərəkatının liderlərindən olan Üsamə Həmdan verdiyi açıqlamada bildirib ki, düşmənin Qəzzə xalqına qarşı cinayətlərini gücləndirməkdə məqsədi danışıqlara təzyiq göstərməkdir.

Həmdan Əl-Ərəbi kanalına müsahibəsində əlavə edib: Sionist düşmən atəşkəs danışıqlarında HƏMAS hərəkatına təzyiq göstərmək üçün Qəzza zolağında fələstinli mülki əhaliyə qarşı cinayət və qətllərini artırıb.

O, deyib: İşğalçı rejim müqavimət liderlərini hədəfə almaq iddiası ilə diqqəti Xan Yunisdəki cinayətindən yayındırmaq istəyir.