Tehran - İRNA - Rusiyanın Tehrandakı səfirliyi Azərbaycan Respublikasının İrandakı səfirliyinin yenidən açılmasından məmnunluğunu ifadə edib.

Rusiyanın Tehrandakı səfirliyi sosial şəbəkədəki rəsmi səhifəsində yazıb: “Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinin fəaliyyətinin bərpası münasibətilə azərbaycanlı dostlarımızı və həmkarlarımızı səmimi qəlbdən təbrik edirik. Sizə daha çox uğurlar arzulayırıq.”