Tehran - İRNA - Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib: “Hüseyn Aşurasında fələstinli məzlumlara, uşaq və qadınlara dəstək olaq, İsrailin və bu rejimin cinayətkar tərəfdarlarının şər və terrorçu kimliyini rüsvay edək.”

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani sosial şəbəkədəki istifadəçi hesabında Hüseyn (ə) Aşurası ilə bağlı bütün müsəlmanlara, şiələrə və dünyanın azad insanlarına başsağlığı verərək yazıb: “İmam Hüseyn (ə) allahçılığın, ən yüksək əxlaqi və insani fəzilətlərin, zülmlə mübarizənin və dünya tağutları və şeytanlarının üsyan və tüğyanının qarşısında təslim olmamağın bayraqdarıdır.”

Kənani əlavə edib: “Hüseynin Aşura günü Aşura mədəniyyətinin təbliğatçısı, dövrün yezidilərinə qarşı çıxmaqda Hüseyn (ə) və başıuca səhabələrinin nidasının əks-sədası, fələstinli məzlumların, uşaq və qadınların dəstəkçisi olaq, İsrailin şər və terrorçu kimliyini və bu rejimin cinayətkar tərəfdarlarını rüsvay edək.”

XİN sözsüçü sonda yazıb: “Biz İmam Hüseyn ümmətiyik.”