Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani dünən gecə Maskatda İmam Hüseyn (əleyhissalam) əzadarlıq mərasimində 4 nəfərin şəhid olması ilə nəticələnən atışma hadisəsinə münasibət bildirərək, bu təxtibatçı hərəkəti pisləyib, İran İslam Respublikasının təfriqə yaradan cərəyanlara qarşı Oman Sultanlığı hökumətinə və xalqına dəstəyini bəyan edib.
Xarici İşlər Nazirliyinin mətbuat katibi bu hadisədə şəhid olanlara Allahdan rəhmət, yüksək dərəcələr, onların ailələrinə səbr və ilahi mükafat diləyib.