BMT Təhlükəsizlik Şurasının iclasında iştirak etmək üçün Nyu-Yorka səfər edən İranın Xarici İşlər naziri vəzifəsini icra edən Əli Baqiri Kəni “Newsweek”-ə müsahibəsində İranda keçirilən prezident seçkilərinə toxunaraq deyib: “Bu sıx rəqabət İranın saysız-hesabsız təhdidlərə qarşı siyasi sabitliyinin və dinamizminin sübutudur.”
Baqiri ölkəmizin xarici siyasətinin istiqaməti haqqında deyib: “İran nüvə sazişində qarşılıqlı iştirakın bərpası üçün ABŞ-la danışıqların bərpasını alqışlayır, lakin biz Çin, Rusiya və qonşu dövlətlərlə də əlaqələrimizi daha da gücləndirmək niyyətindəyik.”
İranın Xarici İşlər naziri vəzifəsinin icraçısı müsahibəsinin davamında deyib: “İsrail müqavimət oxu ilə müharibəni uduzmaq üzrədir.”
Publish Date: 16 iyul 2024 - 22:25
Tehran - İRNA - İranın Xarici İşlər nazirinin vəzifəsinin icraçısı deyib: “Sionist rejim regional müqavimətlə müharibədə məğlub olmaq üzrədir. Sionist rejim müharibəni başqa bölgələrə və ya Livana yaysa, daha çox itki verəcək.”