Tehran - İRNA - Yəmən Ənsarullah Hərəkatının lideri Seyid Əbdülməlik əl-Husi sionist işğalçıları ilə mübarizədə bütün İslam ümmətinin iştirakının vacibliyini vurğulayaraq deyib: “Yəmən Ordusunun İsrail rejiminin Qəzzə zolağına qarşı təcavüzünü dayandırmaq üçün həyata keçirdiyi əməliyyat genişlənən bir proseslə davam edir.”

Yəmən Ənsarullah Hərəkatının Baş katibi Əbdülməlik əl-Husi bu gün axşam saatlarında Yəmən Ordusunun Qırmızı dənizdə sionist rejim gəmilərinə və ya bu rejimlə əlaqəli gəmilərə, eləcə də Amerika və İngiltərə gəmilərinə qarşı əməliyyatlarının davam etdirilməsini vurğulayaraq deyib: “Qəzzə zolağına qarşı təcavüz dayandırılana və bu ərazinin blokadası götürülənə qədər raket əməliyyatlarımız və dəniz əməliyyatlarımız artan bir proseslə davam edəcək.”

Hərəkat lideri deyib: “Düşmən üçün təəccüblü və qeyri-adi olan əməliyyatımızın nəticələrindən biri də “Eyzenhauer” aviadaşıyıcısının Qırmızı dənizdən çıxarılması oldu.”

“ABŞ təyyarədaşıyan gəmilərin çıxarılmasından sonra İsrailə mümkün qədər xidmət etmək üçün səudiyyəliləri tələyə salmaq istiqamətində hərəkət edir” - deyə, Ənsarullah lideri vurğulayıb.

Əbdülməlik əl-Husi bildirib: “Səudiyyə rejiminə tövsiyə edirəm ki, xalqımızın xəbərdarlıq və şüarlarına qulaq assın, Amerika və İsrailə yanlış yardım yolundan əl çəksin.”