İRNA-nın cümə axşamı sionist rejimin "Maariv" qəzetinə istinadən verdiyi xəbərə görə, sionist rejimin baş naziri Binyamin Netanyahuya yaxın adamlardan olan mədəniyyət naziri Miki Zuhar əlavə edib: “Hazırda istintaq komitəsinin (2023-cü il oktyabrın 7-də baş vermiş əməliyyatın məğlubiyyətinin günahkarlarını müəyyənləşdirmək üçün) formalaşdırılması məsuliyyətsizlikdir.”
Bu yaxınlarda o, sionist rejimi idarə edən sağçı koalisiyanın dağılması ilə bağlı da demişdi ki, bu koalisiya gözümüzün qabağında dağılmaqdadır.