Tehran - İRNA - Yəmən Ənsarullah Hərəkatının Baş katibi deyib: “Bəzi Ərəb ölkələrinin sionist işğalçılarla əlaqələri daha da möhkəmlənib və dərinləşib. Onlar ancaq Fələstin xalqının qətlə yetirilməsini, əzab çəkməsini və aclığını seyr edirlər.”

Seyid Əbdülməlik əl-Husi həftəlik çıxışında əlavə edib: “Dünyada Qəzzə zolağında Fələstin xalqı qədər öldürən və aclıq çəkən heç bir xalq yoxdur.”

“Bu, Fələstin xalqı üçün böyük mənəvi və psixoloji iztirab və işgəncədir ki, onlar şiddətli aclıqdan öldükləri bir halda ərəb ölkələrinin düşmənə ərzaq daşıyan yüzlərlə maşın göndərdiyini görürlər” - deyə, Ənsarullah lideri qeyd edib.

O, bəyan edib ki, Fələstin xalqına kömək etmək əvəzinə sionist rejimə kömək etmək Allaha və Peyğəmbərə (s) xəyanət və açıq-aşkar riyadır.

Əbdülməlik əl-Husi deyib: “Sionist rejimin Qəzzədə törətdiyi vəhşiliyə qarşı mübarizə aparmağı və döyüşməyi Allah əmr etmişdir. Bu gün sionist rejim Qəzzədəki təcavüz və cinayətləri ilə küfr cəbhəsinin ön sıralarındadır. Sionistlər hazırkı əsrdə tağut bayrağının daşıyıcılarıdır.”