Nasir Kənani X sosial şəbəkəsindəki mesajında yazıb: “Qondarma İsrail rejiminin knessetinin bu rejimin terrorçu ordusu tərəfindən 9 aydır davam edən davamlı hərbi cinayətləri və fələstinlilərin soyqırımından sonra Fələstin dövlətinin yaradılmasına qarşı çıxardığı yeni qərarı işğalçı sionist rejimin irqçi mahiyyəti bir daha bütün dünyaya nümayiş etdirildi.
İsrailin aparteid rejimi təkcə Fələstin xalqı üçün təhdid deyil, həm də beynəlxalq sülh və təhlükəsizliyə təhdiddir.”
Kənani əlavə edib: “Hökumətlərin və beynəlxalq təşkilatların, o cümlədən BMT-nin Fələstin xalqının qəti hüquqlarının təmin edilməsində və işğalçı sionist rejimə qarşı beynəlxalq qanun və qaydaların tətbiqində fəaliyyətsizliyi səbəbindən fələstinlilərin tam hüquqlarını həyata keçirənə qədər işğalçılara qarşı müqavimət və mübarizə bu işğal altında olan xalqın haqqıdır.”