Tehran - İRNA – “The New York Times” qəzeti cümə günü səhər saatlarında Yəmən silahlı qüvvələrinin Təl-Əvivə PUA hücumu ilə bağlı verdiyi xəbərdə hərbi ekspertlərə istinadən yazıb: Bu PUA hücumu müqavimət cəbhəsinin hərbi və raket texnikası istehsalında və onlardan istifadə sahəsində əhəmiyyətli irəliləyişini göstərir.

The New York Times iddia etdi: Təl-Əvivə hücum edən PUA Səmad 3-ün fərqli bir versiyası kimi görünür.

Bu qəzet etirafına davam edərək yazır: PUA müdafiə sistemlərindən qaçmaq üçün tünd rəngə boyanmışdı və Səmad 3-dən daha böyük yanacaq çəni və mühərriki ilə təchiz edilmişdi ki, bu da onun Təl-Əvivə uçmasına imkan verirdi.

Sonda New York Times sözügedən PUA-nın kamuflyajlı dronların yeni nümunəsi olub-olmaması sualını əlavə edib.