UNRWA-nın bəyanatında deyilir ki, İsrail ordusunun bazar ertəsi verdiyi əmrlər Qəzza zolağının yorğun əhalisi üçün daha çox əzab və köçkünlük deməkdir.
UNRWA bu bəyanatında əlavə edib ki, sionist rejimin bu hərəkəti Xan Yunisdə təxminən 400 min insanın həyatına təsir edir və qaçmağa məcbur olan insanların gedəcəkləri təhlükəsiz yer yoxdur.
Bundan əvvəl Avropa-Aralıq dənizi İnsan Haqlarına Nəzarət Mərkəzi elan etmişdi ki, Xan Yunis indiki dövrdə Qəzza xalqının ən qanlı cinayət və qətl hallarından birinə şahid olub. Belə ki, sionist rejim son 12 saat ərzində əksəriyyəti uşaq və qadın olmaqla 70 fələstinlini öldürüb, 200 nəfəri yaralayıb.
Bazar ertəsi İsrail ordusu Xan Yunisin şərqində yeni quru əməliyyatına başlayıb.