Sionist rejimin “Kan” telekanalı bu barədə əlavə edib: Netanyahu ilə israilli əsirlərin ailələri arasında görüş təxminən bir saat 15 dəqiqə davam edib və çox gərgin keçib.
Bu xəbər kanalının məlumatına görə, Netanyahu HƏMAS-a hərbi təzyiq göstərilməli olduğunu və bu qrupun irəli sürdüyü hər şərtin qəbul edilməyəcəyini bildirib.
Netanyahu bu sözləri deyərkən israilli əsirlərin ailələri onun sözünü kəsərək ona kəskin etiraz ediblər.
Kan kanalının məlumatına görə, sionist və amerikalı əsirlərin ailələri Netanyahuya xəbərdarlıq ediblər ki, o, əsir mübadiləsi razılaşmasını qəbul etməlidir.