Tehran - İRNA - Xəbər mənbələri sionist rejimin Qəzza zolağındakı cinayətləri ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsində bu rejimə qarşı 3 yeni iddianın qaldırıldığını elan edib.

Əl-Məyadin kanalının Cenevrədəki ofisinin rəhbəri bəyan edib: Beynəlxalq Cinayət Məhkəməsində sionist rejimə qarşı iddianın beynəlxalq hüquqşünaslarından ibarət hüquq qrupu bu rejim ordusunun Qəzza zolağının səhiyyə sahəsindəki cinayətləri ilə bağlı İsrailə qarşı 3 yeni iddia qaldıracaq.

Beynəlxalq hüquqşünaslardan ibarət hüquq qrupu bu gün Hollandiyanın Haaqa məhkəməsinə gedərək bu 3 şikayəti təqdim edəcək.

Bu hüquq qrupu, qrup rəhbəri Gilles Divers və Əbdül Məcid Mirari, Xalid Əş-Şuli və İsa Qoltslar adlı digər 3 üzvdən ibarətdir. Onlar sionist ordusunun Qəzza zolağının səhiyyə sektorunda törətdiyi cinayətlər və Qəzza zolağına qarşı müharibə zamanı tibb işçilərinə qarşı təkrarlanan pozuntular barədə qanuni tədbirlər görəcək və 3 şikayət təqdim edəcəklər.

Birinci şikayət Qəzza zolağının mərkəzində işğalçı rejim ordusunun iyunun 8-də törətdiyi “Nusəyrat düşərgəsi” cinayəti və nəticədə 274 nəfərin şəhid olması, 698 nəfərin yaralanması ilə bağlıdır. Bu cinayətdə sionist rejim müqavimətin əlindən 4 əsiri azad etmək bəhanəsi ilə yüzlərlə günahsız mülki vətəndaşı vəhşicəsinə bombardman edib.

İkinci şikayət Qəzza şəhərinin Əş-Şifa xəstəxanasının sümük şöbəsinin müdiri Adnan əl-Bərşin terror edilməsi ilə bağlıdır. İşğalçı rejim onu bu ilin yanvarında Əl-Əvdə xəstəxanasında olarkən və digər həkimlərə kömək edərkən həbs edib və nəhayət, Fələstinli Əsirlər Assosasiyası bu həkimin işğalçı qüvvələrin işgəncələri altında şəhid olduğunu açıqlayıb.

Üçüncü şikayət sionist hərbçilər tərəfindən Əş-Şifa xəstəxanasının rəhbəri Məhəmməd Əbu Səlimənin işgəncə cinayəti ilə bağlıdır. Sionist rejimin hərbçiləri ondan bir videoda Fələstin müqavimətinin xəstəxananı hərbi kazarma və əməliyyat otaqlarına çevirdiklərini söyləməsini istəmişdilər.  Lakin bu həkim bunu etməkdən imtina etdiyi üçün 7 aydan çox həbs olundu və ağır işgəncə və təhqiredici davranışlara məruz qaldı.