Fransalı idmançı Sonkamba Silla bildirib ki, hicablı olması səbəbindən Olimpiadanın açılış mərasimində iştirak etməsinin qarşısı alınıb. Fransa Olimpiya Komitəsi bu problemi həll etmək üçün yollar axtardığını iddia edib.
Olimpiadada 400 metr məsafəyə yarışacaq bu 26 yaşlı qaçışçı açılış mərasiminə qatılmasına qadağa qoyulduqdan sonra İnstaqram səhifəsində yazıb: “Təsəvvür edin ki, ölkənizdə keçirilən Olimpiadaya seçilmisiniz, lakin iştirak etmək hüququnuz yoxdur!”
Fransa Olimpiya Komitəsinin sədri David Lapartiyan bundan əvvəl ölkənin qadın idmançılarının Olimpiada zamanı hicab geyinmək hüququnun olmadığını açıqlamışdı.