598 saylı qətnamənin qəbul edilməsi və zorla qəbul etdirilmiş müharibə başa çatdıqdan sonra qəlbi kor münafiqlər gözlənilməz hərəkətdə İslam Respublikasını devirmək məqsədi ilə Foroği Cavidan kimi tanınan əməliyyata başladılar. İraqın BƏƏS rejiminin dəstəyi ilə İran ərazisinə soxulan bu terror qruplaşması sürətlə irəliləyərək hərbi cinayətlər törətmiş, günahsız insanları amansızcasına qətlə yetirmişdir.

Bu qorxaq hərəkətə cavab olaraq İran İslam Respublikasının silahlı qüvvələri Mirsad əməliyyatında “Ya Sahib əz-Zaman (əc)” rəmzi ilə düşmənlə mübarizəyə qalxdılar. Bu əməliyyatda İslam qüvvələri Çahar-Zobar, Qalaca yolu və İslamabad-Poll Doxtar yolunun üç istiqamətindən hərəkətə keçdilər,  rəşadət və şücaətlə münafiqləri sərhədlərin arxasına qovdular.

Bu döyüşdə münafiqlərin və İraq ordusunun 20-dən çox birgə briqadası 4800-dən çox ölü və yaralı ilə ağır məğlubiyyətə uğradı.

Həmçinin düşmənin 120-dən çox tankı, 400-dən çox transportyoru və külli miqdarda hərbi texnikası məhv edildi.