İran İslam Respublikasının xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kəni müsahibəsində deyib: Sanksiya ilə bağlı iki yolumuz var. Biri sanksiyaların neytrallaşdırılmasıdır ki, bu da xarici tərəflərdən asılılığı azaltmaq məqsədi daşıyır. Digər yol isə xarici tərəflərlə danışıqlar və anlaşma yolu ilə sanksiyaların aradan qaldırılmasıdır. Bu, milli maraqlarımız çərçivəsində olan razılaşmaların əldə olunması deməkdir.
O qeyd edib ki, Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) təşəbbüsü çoxtərəfli mexanizm idi və məqsədi sanksiyaları aradan qaldırmaq idi. Bu təşəbbüsün prinsipi düzgün idi və mən kiminsə buna qarşı çıxması ehtimalını vermirəm.
Baqiri daha sonra aydınlaşdırdı: Əsas müzakirə mövzusu BHFP təşəbbüsünün maraqlarımızı təmin edə bilib-bilməməsidir.
Diplomatik xidmətin rəhbəri əlavə edib: Biz sanksiyaların neytrallaşdırılması və aradan qaldırılması üçün hər iki yolu eyni zamanda izləməli və növbəti addımlarda vəziyyəti yaxşılaşdırmaq üçün təcrübələrdən istifadə etməliyik.
Baqiri həmçinin bildirib: Son dövrlərdə danışıqların kəsilməsinə baxmayaraq, ölkə müxtəlif sahələrdə irəliləyişini davam etdirir.