Tehran - İRNA – İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) müqəddəs müdafiə dövründə komandanı olmuş Möhsün Rizayi İsrail liderlərinə xəbərdarlıq edib ki, Livana qarşı hər hansı hərbi əməliyyat baş verərsə, onlar Qəzzadan daha dərin və daha təhlükəli bataqlığa girəcəklər.

Möhsün Rizayi X sosial şəbəkəsində yazıb: “Çarəsizlikdən və ya dəlilikdən Netanyahu Livanda macəraya başlamaqla Qəzza bataqlığından çıxa biləcəyini düşünür, lakin o, daha dərin və daha şiddətli bataqlığa addımlayır”.

Şənbə günü, iyulun 27-də axşam saatlarında işğal olunmuş Colandakı Məcdəl əş-Şəms bölgəsi raket hücumu ilə hədəfə alınıb.

Livan Hizbullahı Suriyanın Colan təpələrindəki Məcdəl əş-Şəms bölgəsinə edilən hücumla hər hansı əlaqəsi olduğunu təkzib edib.