Tehran - İRNA - Venesuela Seçki Komissiyası Nikolas Maduronun bu ölkədə keçirilən prezident seçkilərində 51,2 faiz səslə qalib gəldiyini və üçüncü müddətə prezident seçildiyini açıqlayıb.

Venesuela prezidenti Nikolas Maduronun ofisi bir saat əvvəl prezident seçkilərində qalib gəldiyini elan edib, lakin bu ölkənin Seçki Şurasının rəsmi nəticələrin açıqlanmasını gözləməyi istəyib.

Bununla bağlı Əl-Məyadin kanalının Karakasda olan müxbiri xəbər verib ki, Maduronun Venesuela prezident seçkilərində qələbə qazanmasına sevinclərini ifadə etmək istəyən xalq kütləsi prezident sarayına tərəf gediblər.

Həmçinin Cənubi Afrika Respublikasından Venesuelaya gedən seçki müşahidəçiləri bu ölkənin prezident seçkilərində səsvermə prosesinin azad, ədalətli və şəffaf keçirildiyini açıqlayıblar.