Tehran - İRNA - Türkiyə Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində (keçmiş Twitter) mesajında yazıb: Hitler bitdiyi kimi Benyamin Netanyahu da sona çatacaq.

Bəşəriyyətin fələstinlilərin yanında olacağını vurğulayan Türkiyə Xarici İşlər Nazirliyi Fələstin xalqını hədəfə alanlara müraciət edərək deyib: Siz onları məhv edə bilməzsiniz. 

Türkiyə Xarici İşlər Nazirliyi əlavə edib: Nasistlər törətdikləri cinayətlərə görə cavab verdikləri kimi, fələstinliləri məhv etmək istəyənlər də cavab verəcəklər. 

Ərdoğan da bundan öncə çıxışında demişdi: Biz güclü olmalıyıq ki, İsrail (rejimi) Fələstinlilərə etdiklərini bizə də etməsin. 

Türkiyə prezidenti əlavə edib: Biz Azərbaycan Respublikasında və Liviyada etdiyimizi onlarla (israillilərlə) da edə bilərik, sadəcə güclü olmalıyıq.