Livan parlamentinin üzvü Məhəmməd Rə`d Livanın cənubundakı Seyda şəhərində Ayətullah Şeyx Afif Ən-Nablusinin vəfatının birinci ildönümü ilə bağlı çıxışında sionist rejimi Livana qarşı genişmiqyaslı müharibəyə başlamaqdan çəkindirib və deyib: Bu döyüş, regional müharibəyə gətirib çıxaracaq.
O əlavə edib: Sionist düşmənin Qəzza zolağındakı hədəfləri bu bölgə xalqının dəyanəti və qəhrəmancasına müqaviməti nəticəsində və müqavimət cəbhəsinin bölmələrinin dəstəyi sayəsində uğursuzluqla qarşılaşdı.