İran İslam Respublikası Prezidentinin andiçmə mərasimi Ali Məqamlı Rəhbər tərəfindən onun fərmanının təsdiq edilmə mərasimindən sonra Ali Məhkəmənin sədri, Konstitusiyanın Mühafizə Şurasının üzvləri və Məhkəmə Sisteminin rəhbərinin iştirakı ilə həyata keçirilir. İslami Şura Məclisində  keçirilən bu mərasimdə yeni seçilmiş Prezident Konstitusiyanın 121-ci maddəsinə əsasən, üzərinə götürdüyü vəzifələri yerinə yetirmək üçün bütün istedad və bacarığından istifadə edəcəyinə and içir və sonda andı imzalayır.