Tehran – İRNA – Prezident İran İslam Respublikasının məzlumların, o cümlədən Fələstin xalqının müdafiəsi və Qüdsün azad edilməsi işinə dəstək siyasətləri hökumətlərin dəyişməsi ilə dəyişməyəcəyini bəyan edərək deyib: Məzlum Fələstin xalqının davasına dəstək var qüvvə ilə davam edəcək və heç bir amil bu yolda bizim iradəmizi poza bilməz.

Bazar ertəsi, 29 iyul 2024-cü ildə doktor Məsud Pezeşkiyan prezidentliyin 14-cü müddətinin andiçmə mərasimində iştirak etmək üçün İrana səfər edən Fələstin İslami Cihad təşkilatının baş katibi Ziyad Nəxalə ilə görüşüb. O, bu görüşü İran ilə müqavimət qrupları, xüsusilə də fələstinli qardaşlar və mücahidlər arasında məsafə yaratmaq istəyənlər üçün mühüm mesaj hesab edib. 

Prezident bəyan edib ki, İran İslam Respublikası sisteminin məzlumların, o cümlədən Fələstin xalqının müdafiəsi və Qüdsün azadlığı davasına dəstək verməklə bağlı mövqe və siyasətləri hökumətlərin dəyişməsi ilə dəyişməyəcək. Məzlum Fələstin xalqının davasına dəstək var qüvvə ilə davam edəcək və heç bir amil bu yolda bizim iradəmizi poza bilməz. 

Fələstin İslami Cihad Hərəkatının baş katibi də bu görüşdə bildirib: Bu gün Qəzzada yaşayan məzlum fələstinlilər hegemon sistemin və onların bölgədəki nümayəndəsinin ifratlarına qarşı durmaqda ön sıralardadırlar. İranın müqaviməti dəstəkləməkdə aşkar mövqeyi və səsi onların müqavimət və sabitlik ruhiyyəsinin qorunmasında mühüm təsirə malikdir.