Tehran - İRNA - İslam İnqilabının Ali Rəhbəri Qəzzənin məzlum əhalisinin misilsiz mövqeyi və müqavimətini vurğulayaraq deyib: “Bu gün İslamın ən uca bayrağı Fələstin xalqının və Qəzzə əhalisinin əlindədir.”

İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) günortadan əvvəl HƏMAS-ın Siyasi Ofisinin rəhbəri İsmayıl Həniyyə və Fələstin İslami Cihad Hərəkatının Baş katibi Ziyad ən-Nəxalə ilə görüşündə Qəzzənin məzlum əhalisinin bənzərsiz mövqei və müqavimətini yüksək qiymətləndirərək vurğulayıb: “Bu gün İslamın ən uca bayrağı Fələstin xalqının və Qəzzə əhalisinin əlindədir və bu müqavimət sayəsində İslamın təbliği üçün əvvəlkindən daha çox zəmin yaranmışdır.”

Ali Məqamlı Rəhbər İslam mütəfəkkirlərinin daimi qayğılarından biri kimi İslamın təbliği və İslam cəmiyyətinin modelinin necə təqdim olunması adlandıraraq əlavə edib: “İndiki mərhələdə İslama meylin günbəgün artması Fələstin xalqının və Qəzzə əhalisinin müqavimətinin əzəmətini göstərir.”

Həzrət Ayətullah Xamenei bildirib: “Müqavimətin əzəmət və izzətinin arxasında duran əsas amil Qəzzə əhalisi və İordan çayının qərb sahilinin sakinləridir. Ümid edirik ki, Fələstin xalqı və müqavimət qüvvələri Allahın yardım, dəstək və müjdəsini alacaqlar.”

Bu görüşdə İsmayıl Həniyyə İranın yeni Prezidentinin seçilməsini təbrik edib, son seçkilərin keçirilməsini islami təfəkkürə əsaslanan demokratiyanın təzahürü kimi qiymətləndirib və cənab Pezeşkiyan ilə görüşünə toxunaraq deyib: “Bu görüşdə biz İran İslam Respublikasının Fələstin məsələsi və müqavimət hərəkatı ilə bağlı yaxşı və güclü mövqelərinin bir daha şahidi olduq və bu mövqelərlə görə fəxr etdik.”

HƏMAS-ın Siyasi Ofisinin rəhbəri Qəzzə və İordan çayının qərb sahilindəki son cəbhə və siyasi vəziyyəti izah edərək deyib: “Dünən Qəzzə müharibəsinin 300-cü günü idi. İndi biz Fələstin xalqı və müqavimət qüvvələrinin öz qəhrəmanlıq və qələbələrini təsbit etməli olduğu həssas və tarixi mərhələyə çatmışıq.”