Doktor Məsud Pezeşkiyan 30 iyul çərşənbə axşamı ündanladığı bu müraciətdə əlavə edib: “Həmvətənlər! Mən gələcəyə ümidvaram. Baxmayaraq ki, ekspert hesabatları ölkənin hazırkı vəziyyətinin mürəkkəb və çətin olduğunu göstərir və hamımız insanların həyatının, güzəranının çoxlu çətinliklərlə üzləşdiyini görürük, lakin heç bir şübhə yoxdur ki, Allahın sonsuz qüdrətinə təvəkkül etməklə və əziz İranın qabiliyyətlərinə, xüsusən də bu coğrafiya və bölgənin müdrik əhalisinin insani imkanlarına arxalanmaqla istənilən çətinliyin öhdəsindən gəlmək mümkündür.”
Prezident əlavə edib: “Qəzzədə uşaqları qətlə yetirənləri silahlarla təmin edənlər başqalarına insanlıq öyrədə bilməz. Dünyada heç kim Qəzzədə qadın və uşaqların başına bomba yağdıran rejimin başçısını alqışlamağı qəbul etmir. Özünü insan adlandırıb, eyni zamanda sionistlərin cinayətlərinə qarşı susmaq olmaz. Biz Fələstin xalqının işğal və soyqırım caynağından azad olduğu bir dünya istəyirik.”
Prezident Pezeşkiyan müraciətinin digər hissəsində deyib: “Bu gün biz Qərb dövlətlərini qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağa çağırırıq. Biz hələ də İranın şən və statusunu anlamayan ölkələrlə danışıqlara hazırıq. Dünya ilə iqtisadi əlaqələrin normallaşdırılmasını İranın ayrılmaz hüququ hesab edirəm. Mən qəddar sanksiyaları aradan qaldırmaq üçün səylərdən əl çəkməyəcəyəm. Mənim hökumətim heç vaxt zorakılığa və ikili standartlara boyun əyməyəcək. İran həmişə tarixin doğru tərəfində dayanıb.”