Tehran - İRNA - Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) bir bəyanatda böyük Fələstin xalqına, İslam və Ərəb ümmətinə və dünyanın bütün azad insanlarına  İslam Hərəkatının siyasi ofisinin rəhbəri İsmayıl Haniyənin vəfatı ilə bağlı başsağlığı verib.

Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) bu gün səhər (çərşənbə günü) bu hərəkatın Tehrandakı siyasi ofisinin rəhbəri İsmayıl Haniyənin sionistlər tərəfindən şəhid edildiyini elan edib.

HƏMAS-ın bəyanatında deyilir: Hərəkatın rəhbəri Mücahid qardaş İsmayıl Haniyə İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etdikdən sonra Tehrandakı iqamətgahına sionistlərin xain hücumu nəticəsində şəhid olub.