Prezident mesajında yazıb:
Bu gün əziz İran öz kədər və sevinc şəriki, müqavimət yolunun daimi və qürurlu yoldaşı, Fələstin müqavimətinin cəsur lideri, Qüds şəhidi Hacı İsmayıl Həniyə üçün yas saxlayır. Dünən onun qalib əlini qaldırdım və bu gün onun cənazəsini çiyinlərimdə daşımalıyam.
Şəhidlik İlahi şəxsiyyətlərin hünəridir. İki qürurlu İran və Fələstin xalqı arasındakı bağ əvvəlkindən daha möhkəm olacaq və məzlumların müqavimət və müdafiə yolu hər zamankından daha möhkəm davam etdiriləcək. İran İslam Respublikası öz ərazi bütövlüyünü, izzət və şərəfini qoruyacaq və terrorçu işğalçıları qorxaq əməllərinə görə peşman edəcək.
“Həqiqətən, Allah izzət sahibi və intiqam alandır.” (İbrahim surəsi, 47-ci ayə.)