Tehran - İRNA - HƏMAS-ın Siyasi Ofisinin rəhbəri, böyük mücahid cənab İsmayıl Həniyyənin şəhadətinin ardınca İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei müraciət ünvanlayaraq bu cəsarətli lider və görkəmli mücahidin şəhadəti ilə bağlı İslam ümmətinə, müqavimət cəbhəsinə və qürurlu Fələstin xalqına başsağlığı verib və vurğulayıb: “Cinayətkar və terrorçu sionist rejim bu hərəkəti ilə özü üçün ağır cəza hazırladı və İran İslam Respublikası ərazisində şəhid olan Həniyyənin qisasını almağı özümüzə borc bilirik.”

İslam İnqilabının Ali Rəhbərinin müraciətinin mətni belədir:

Bismillahir-Rəhmanir-Rəhim

İnna lillahi və inna iləyhi raciun

Əziz İran xalqı!

Cəsur və görkəmli fələstinli rəhbər cənab İsmayıl Həniyyə dünən axşam Allahın görüşünə qovuşdu və böyük müqavimət cəbhəsi matəmə batdı. Cinayətkar və terrorçu sionist rejim əziz qonağımızı bizim evimizdə şəhid etdi və bizi kədərləndirdi, amma özü üçün də ağır cəza hazırladı.

Şəhid Həniyyə uzun illər şərəfli mübarizə meydanında öz qiymətli canını əlinə almış və şəhidliyə hazır idi, övladlarını və yaxınlarını bu yolda təqdim etmişdi. O, Allah yolunda şəhid olmaqdan, Allah bəndələrini xilas etməkdən qorxmurdu, amma biz İslam Respublikası ərazisində baş vermiş bu acı və ağır hadisədə onun qisasını almağı özümüzə borc bilirik.

Mən İslam ümmətinə, müqavimət cəbhəsinə, cəsur və qürurlu Fələstin xalqına, xüsusən də şəhid Həniyyənin və onunla birlikdə şəhid olan yoldaşlarından birinin ailəsinə və yaxınlarına başsağlığı verirəm, Mütəal Allahdan onlar üçün uca dərəcələr diləyirəm.

Seyid Əli Xamenei