Ölkəmizin Prezidenti Məsud Pezeşkiyan çərşənbə günü axşam saatlarında 14-cü prezidentlik andiçmə mərasimində iştirak etmək üçün Tehran səfərində şəhid İsmayıl Həniyyəni müşayiət edən, HƏMAS-ın Ərəb əlaqələrinin rəhbəri və bu hərəkatın Qəzzə üzrə Siyasi Ofisinin müavini Xəlil əl-Həyyə ilə telefon danışığında Fələstin İslami Müqavimət Hərəkatının Siyasi Ofisinin rəhbəri böyük və yorulmaz mücahid Hacı İsmayıl Həniyyənin şəhadəti ilə bağlı təbrik və başsağlığını çatdırmaqla yanaşı deyib: “Əziz qardaşımız şəhid İsmayıl Həniyyə İran İslam Respublikasının Prezidenti və hökumətinin rəsmi qonağı idi və bu məsələ onun şəhid olması kədərini bizim üçün ikiqat artırır.”
Pezeşkiyan sionist rejimin bütün cinayət siyasətlərində uğursuzluğa düçar olduğunu qeyd edib, bu cür terror aktlarını sionistlərin dalana dirənməsinin nəticəsi hesab edərək vurğulayıb: “İran Rəhbərliyi, xalqı və hökuməti müqavimətə və məzlum Fələstin xalqına dəstəyini əsirgəməyəcək, üstəlik, müqavimət oxuna, xüsusilə Fələstin xalqına və məzlum Qəzzə əhalisinə daha möhkəm bir əzmlə dəstəyini davam etdirəcək.”
Publish Date: 1 avqust 2024 - 17:13
Tehran - İRNA - Prezident terror aktlarını sionist rejimin dalana dirənməsinin nəticəsi hesab edərək deyib: “İran Rəhbərliyi, xalqı və hökuməti məzlum Fələstin xalqına dəstəyini əsirgəməyəcək, müqavimət oxunu, xüsusilə Fələstin xalqı və məzlum Qəzzə əhalisini daha möhkəm bir əzmlə dəstəkləməyə davam edəcək.”