Tehran - İRNA - Xarici İşlər nazirinin vəzifəsini icra edən deyib: “Sionist rejim İranın ərazi bütövlüyünü və milli təhlükəsizliyini pozmaqla, regional sabitlik və təhlükəsizliyi ciddi risklərlə üzləşdirdi. Buna görə də İran sionist rejimə cavab vermək və qətiyyətlə cəzalandırmaq üçün öz təbii və qanuni hüququndan istifadə edəcək.”

Xarici İşlər naziri vəzifəsini icra edən Əli Baqiri müxtəlif ölkələrin, o cümlədən region ölkələrinin xarici işlər nazirləri ilə telefon danışıqlarının davamında Omanın Xarici İşlər naziri Bədr bin Həməd əl-Busəidi ilə İslami Müqavimət Hərəkatının (HƏMAS) lideri İsmayıl Həniyyənin sionist rejim tərəfindən şəhid edilməsi ilə bağlı son hadisələri və İran İslam Respublikasının ərazi bütövlüyünə təcavüz edilməsi məsələlərini müzakirə edib və məsləhətləşmə aparıb.

Baqiri Oman Sultanlığının nümayəndə heyətinin ölkəmizin yeni Prezidentinin andiçmə mərasimində iştirakını yüksək qiymətləndirərək vurğulayıb: “Sionist rejim bütün qırmızı xətləri keçməklə və Fələstin İslami Müqavimət Hərəkatının Siyasi Ofisinin rəhbəri İsmayıl Həniyyəni şəhid etməkdə açıq-aşkar terror təcavüzə əl atmaqla və İran İslam Respublikasının ərazi bütövlüyünü və milli təhlükəsizliyini pozmaqla regional sabitliyi və təhlükəsizliyi ciddi risklərlə üzləşdirib. Buna görə də İran sionist rejimə cavab vermək və qətiyyətlə cəzalandırmaq üçün öz təbii və qanuni hüququndan istifadə edəcək.”

“İran İslam Respublikası eyni çərçivədə bu açıq-aşkar terror cinayətinin və İran İslam Respublikasının ərazi bütövlüyü və milli təhlükəsizliyinin pozulması məsələsinin araşdırılması ilə bağlı İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Xarici İşlər Nazirlərinin fövqəladə iclasının keçirilməsini istəyib” - deyə, diplomatik qurumun rəhbəri bildirib.

Oman Sultanlığının Xarici İşlər naziri Bədr bin Həməd əl-Busaidi də bu telefon danışığında HƏMAS-ın Siyasi Ofisinin rəhbərinin terror edilməsi və şəhid edilməsini, eləcə də sionist rejimin İran İslam Respublikasının ərazi bütövlüyünə qarşı hərəkətini pisləyərək vurğulayıb: “İsmayıl Həniyyə bölgədə təcavüz və işğala qarşı müqavimət oxunun başında dayanmışdı və Qəzzədə sionist rejimin soyqırımını dayandırmaq üçün çox səy göstərirdi.”

O, həmçinin deyib: “Sionist rejim işğala son qoymalı və bu cinayəti törədənlər cəzalandırılmalıdır.”