Xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri BMT Baş katibi Antonio Quterreşlə telefon danışığında sionist rejimin HƏMAS-ın Siyasi Ofisinin rəhbəri İsmayıl Haniyyəni şəhid etməsində törətdiyi terror aktı ilə bağlı müzakirələr aparıb.
Baqiri vurğulayıb: “Sionist rejimin Tehranda İsmayıl Həniyyəni şəhid etməsi terror aktı İran İslam Respublikasının ərazi bütövlüyünü və İranın milli suverenliyini pozmaqla yanaşı, regional və beynəlxalq sülh və sabitliyi təhlükəyə salıb. İran cinayətkar sionistləri cəzalandırmaq üçün özünü müdafiə etmək və əks tədbirlər görmək kimi təbii hüququndan əl çəkməyəcək.”
BMT Baş katibi Antonio Quterreş də sionist rejimin Beyrutun cənubunda və Tehranda həyata keçirdiyi iki hücumu pislədiyini bəyan edərək, İran İslam Respublikasının beynəlxalq hüquqa əsasən, milli təhlükəsizlik və ərazi bütövlüyünün pozulmasına qarşı qanuni müdafiə və özünümüdafiə hüququna malik olduğuna işarə edib, Livanda genişmiqyaslı müharibənin mümkünlüyü və onun təsir və nəticələri ilə bağlı narahatlığını bildirib.
Publish Date: 1 avqust 2024 - 23:28
Tehran - İRNA - Xarici İşlər nazirinin vəzifəsini icra edən deyib: “Sionist rejimin Tehranda İsmayıl Həniyyəni şəhid etməsi terror aktı İran İslam Respublikasının ərazi bütövlüyünü və İranın milli suverenliyini pozmaqla yanaşı, regional və beynəlxalq sülh və sabitliyi təhlükəyə salıb. İran cinayətkar sionistləri cəzalandırmaq üçün özünü müdafiə etmək və əks tədbirlər görmək kimi təbii hüququndan əl çəkməyəcək.”